Aparıcı-aktrisa Kəmalə Piriyeva sosial şəbəkələrdə yayılan məktəbli qızların videosuna münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşıb. Kəmalə bir neçə yeniyetmə qızın həmyaşıdına qarşı qeyri-etik davranışlarını qəti qınayıb:
“Utandım. Hər şeydən əvvəl uşağa sevgi, mərhəmət aşılamaq lazım olduğunu unudanlara görə. Özünü sevməyi, dəyərli olduğunu və müdafiə etməyi bacarmağı öyrətməyənlərə görə...”.