WOW
WOW

“Xalqa xidmət edirsiniz, yoxsa tarakanlara?!”

“Xalqa xidmət edirsiniz, yoxsa tarakanlara?!”

“Elə insanlar var ki, mədəniyyətə xidmət üçün tətlif olunublar. İstəyirəm, məni görəndə desinlər ki, bu il 4 konsert verdin, hamısı da öz hesabına. Amma deyirlər ki, başına nə qoymuşdun? İstəyirəm, deyim ki, şou-biznesdə məndən çox sizsiniz. Səni bu vəzifəyə qoyublar, bilməlisən ki, Elza Seyidcahan ayağını hara qoydu”.

OLAY yazır ki, bu sözləri “Tarixin bir günü” verilişində Əməkdar artist Elza Seyidahan deyib. O, sənətindən çox geyim tərzinin və şeirlərinin müzakirəsinə etiraz edib:

“O, mənim sənətimdən xəbərsizdir. Amma Tiktok-dan bilir, deyir, başına filan şey qoymuşdun. Mən utanıram. Deyirəm, mən hara gəlmişəm? Söyləyirəm ki, 2018-ci ildə Nəsimi ilinə konsert verdim. Deyir, nə vaxt? Bunu sən bilməyəndən sonra kim bələcək? Bu il 4 dəfə layihə keçirmişəm. Sənətkarlarımızla konsertlər vermişəm. Bunların ondan xəbərləri yoxdur. Bəzi Mədəniyyətə  qulluq edən məmurlar bunlardan xəbərsizdir. Ancaq Elzanın papağından danışırlar,  ya da “Tikim sizin ağzınızı 40 ayaq kimi” şeirini deyib gülürlər.  O şeirdə bir fəlsəfə var. Onlar başlayırlar ki, siz bu şeiri necə yazmısınız. Siz xalqa, dövlətə xidmət edirsiniz, yoxsa tarakanlara, ağcaqanadlara?!”.

Seyidcahan həmçinin bayağı mahnı ifa edənlərdən də söz açıb:

“Başında musiqi notu yoxdur, cibində pul olanlara oxuyurlar. Bəzən də deyirlər ki, Moskva toylarına düşmüşük. Moskvadakılar, buradan ayaqlarında qaloşla gediblər, meyvə-tərəvəz satıblar, indi də bir nəsli dolandırırlar. Bu, o demək deyil ki, musiqi bilir. Əlbəttə sənin üçün ən aşağıda səviyyədə olan musiqini bilir. Qara Qarayev vaxtında çox mübarizə aparıb. Bu yaxınlarda onunla bağlı tədbirdə oldum, ancaq tənqidlərindən danışdılar. O, tənqidçiləri qızıl axtaranlara bənzədir. Tənqidçi sübut edəcək dərəcədə izahı bacarmalıdır. Tənqidçilərə canım da qurban. Onlar olmasa inkişaf edə bilmərik”.