WOW
WOW

Dilarə mərhum atasından danışıb kövrəldi

Dilarə mərhum atasından danışıb kövrəldi

Avroviziya təmsilçimiz Dilarə Kazımova mərhum atası ilə bağlı açıqlama verib.

OLAY yazır ki, sənətçi bu barədə Azxebercom-a danışıb. Kövrələn Kazımova atasını 12 yaşında itirdiyini deyib: 

“Mən öncə o Dilarəyə sarılardım. Çünki o, atasını itirən Dilarədir. Ona deyərdim ki, hər nə qədər çətin olsa da, özündən şübhə etmə. Öz yolunu seç və irəli get. O zaman hər şeyə nail olacaqsan. Atam mənim konservatoriyada oxumağımı çox arzulayırdı. Hətta psixologiyadada belə bir qayda var ki, insan bir zaman sonra özünə məktub yazmalıdır. Mən də atama məktub yazmağa başladım. Düşünürəm ki, hazırkı uğurumdan sonra o məktub bitəcək. “Maska” layihəsi boyu atamı və Allahı öz yanımda hiss edirdim. Sanki kimsə mənim qolumdan tutub qaldırırdı. Nə olur olsun, bir gün hər şeyin yaxşı olacağına inanmaq lazımdır. Hər birimizin içində bir canavar var. Sadəcə onu oyatmaq lazımdır ki, o da sizinlə birlikdə savaşsın. Ağlamamaq üçün özümü güclə saxlayıram. Ümumiyyətlə çox duyğusal insanam. İnanın ki, bu qalibiyyət mənim üçün vacib idi. Bir ara ümidsizliyə qapıldım, dedim yenə də 3-cü, 4-cü yeri tutacaqsan. Amma ədalət öz yerini tapdı”.