WOW
WOW

Röya Ayxan estetik əməliyyat etdirib

Röya Ayxan estetik əməliyyat etdirib

Xalq artisti Röya Ayxan görüntüsü ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirib.

OLAY yazır ki, pop-kraliça bu barədə “Elgizlə izlə” proqramına telefonla bağlanarkən danışıb. Sənətçi estetik əməliyyat olunduğunu etiraf edib.

“Simamızda bir az yeniliklər etdik. Onuncu gün belə bir işə imza atmaq qorxulu idi. Yenilik istədik olsun”, - deyə, o, əməliyyatdan sonra “Zülmətəm” klipini çəkdirdiyini söyləyib.

Qeyd edək ki, R.Ayxan uzun müddətdir sosial mediadakı paylaşımlarında simasını göstərmirdi. Onun plastik əməliyyat keçirməsi ilə bağlı iddialar isə Prezident seçkiləri zamanı İstanbulda səsverməyə qatılan zaman görüntülənməsindən sonra başlamışdı.

Sənətçinin bu gün təqdim etdiyi klipdə də simasındakı dəyişiklik özünü büruzə verib.