WOW
WOW

“Heç vaxt veriliş reytinqlərinə inanmadım”

“Heç vaxt veriliş reytinqlərinə inanmadım”

“Heç vaxt veriliş reytinqlərinə inanmadım. Bilirəm ki, Azərbaycanın bölgələri bizi izləyirlər. Çünki dediyim sözün ucundan tutub mənə elə qəşəng qaytarırlar. Baxırsan ki, adam proqramı izləyib”.

OLAY yazır ki, bu sözləri “Xəbər-ətər” proqramında aparıcı Zümrüd Bədəlova söyləyib. O, trend və reytinqlərlə bağlı maraqlı fikirlər səsləndirib:

“Hər şey mükəmməldi, sənət adamları gəlir, izləyirlər. Bizim telefon xətlərimiz kilitlənir. Sevdikləri insanı görəndə belə olur. Ümumiyyətlə o trend necə ölüçülr? Xaricdə ola bilər, məsələn, hit parada düşəndə, bilirik ki, dinlənilib. Gündəmdə olan adamlar var ki, özlərini ulduz görürlər. Ad çəkmirəm, danışıram, küsürlər. Hamı üstünə alınır. O, özü özü üçün ulduzdur. Mən bir mahnı oxumuşam, yutubda 1000-dən çox baxış yığa bilmir. Lakin mənim üçün trenddir. Çünki müğənnilər görəndə deyirlər ki, heyif o mahnı səndədir. Deməli, bunu dinləyiblər. Mənim üçün biz trendik. Biz sevilirik”.