WOW
WOW

“Həmişə fəxr etmişəm ki, sənin qızınam”

“Həmişə fəxr etmişəm ki, sənin qızınam”

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva ilk dəfə mərhum atasının fotosunu paylaşıb.

OLAY yazır ki, valideynlərinin birgə şəklini izləyiciləri ilə bölüşən iş xanımı atasını yad edib:

“Atam Nəsrəddin müəllimin əslində necə bir şəxsiyyət olduğunu hələ uşaqlıqdan yaxşı dərk etmişdim. Öz hökmü, kişiliyi, cəsarəti ilə yanaşı həm də mərhəmətli idi mənim atam. Bəzən hansısa ədalətsizliyi görəndə coşub-daşar, haqsızlığa qarşı kəskin etiraz edər, eyni zamanda da kasıb və imkansız insanlara rəhm göstərərdi. Yəqin ki, bu xüsusiyyətləri ona babam Əsgər kişidən keçmişdi. Axı babam da əsl kişi idi. Ot öz kökü üstündə bitmişdi. İllər necə sürətli keçdi. İndi o mənə şəkillərdən baxır. Ürəyimdə ona deyiləsi o qədər sözlərim var ki... Bəzən insan çətin durumda olanda axtarır atasını, bəzən isə ən xoş günündə. Bu elə bir hissdir ki, sadəcə anlatmaq üçün gücüm göz yaşlarıma çatır. Əziz atam, mən həmişə fəxr etmişəm ki, sənin qızınam. Bu gün də sənə ehtiyacım var. Yaş üzərinə yaş gəldikcə daha çox sevirəm səni. Ruhun qarşısında qürurla baş əyirəm. Daim sevgilərlə qızın Ruhiyyə…”.