WOW
WOW

Cavanşir Quliyevin əməliyyatı bitib - Açıqlama

Cavanşir Quliyevin əməliyyatı bitib - Açıqlama

“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.

OLAY yazır ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.

“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, -  deyə şöbə müdiri vurğulayıb.

Daha sonra Vəsilə Vahidqızı əlavə edib ki, artıq əməliyyat başa çatıb:

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.