WOW
WOW

Xalq artisti anasını itirdiyi qəzadan danışdı

Xalq artisti anasını itirdiyi qəzadan danışdı

Xalq artisti Brilliant Dadaşova anasını itirdiyi avtomobil qəzasından danışıb.

OLAY yazır ki, Xalq artisti o toqquşmada maşını atasının idarə etdiyini deyib.

“Atam maşını idarə edirdi. Anam o toqquşmada vəfat etdi. Biz hamımız xəstəxanaya düşdük. Ailəmizdə çox böyük faciə baş verdi. Anamızı itirdik. Ailə dostlarımızdan kimin vəfası var, kimin yoxdur, kim ondan sonra pisliklər elədi”, - deyə, Dadaşova bildirib.

Qeyd edək ki, Brilliant Dadaşovanın mərhum anası qarmon ifaçısı Qızxanım Dadaşovadır.