WOW
WOW

Xumara verilişdə evlənmə təklifi!

Xumara verilişdə evlənmə təklifi!

Əməkdar artist Xumar Qədimovaya verilişdə evlənmə təklifi edilib.

OLAY yazır ki, “Zarafat Bir Yana” verilişində Firuz adlı şəxs ifaçıya eşqini elan edib, gül dəstəsi və üzüklə Qədimovaya yaxınlaşıb.

“Mənim ürəyim yerində dayanmır. İllər boyu bunu qəlbimdə saxlamışam, bu gün etiraf etmək istəyirəm. Mən sizi sevirəm. Ürəyimin hər döyüntüsü Xumarımla bağlıdır. Mən istəyərdim ki, evə gələndə qapını mənim üzümə siz açasınız. Deyəsiniz ki, əl-üzünü yu, masa hazırdır. Bütün tamaşaçıların qarşısında mən sizə evlilik təklifi edirəm. Ən azından bu üzüyü qəbul edin. Çox istəyərdim ki, siz mənə hə deyəsiniz. Bu bir zarafat deyil, mən doğrudan da, Xumar xanımı sevirəm”, - deyə, o, bildirib.

Əməkdar artist isə üzüyü qəbul etsə də, o, bunun veriliş xətrinə olduğunu, təklifi geri çevirdiyini deyib.