WOW
WOW

“Deyir, 8 Martda səni niyə təbrik edim?”

“Deyir, 8 Martda səni niyə təbrik edim?”

Müğənni Xatirə İslamın həyat yoldaşı ilə bağlı açıqlamaları diqqət çəkib.

OLAY yazır ki, sənətçi “Zaurla Günaydın” verilişində qonaq olarkən Fəxrəddin bəyin diqqətsizliyindən gileylənib:

“Bir dəfə də olsun könlümü almayıb. Ürəyi təmizdir. Lakin sığallamağı, “ürəyim, canım” deməyi yoxdur. Bu söhbətlər bizdə olmayıb. Olubsa, efirə zəng et. Mən ondan yerdən göyə qədər razıyam. Bəlkə də bunlar olsa, narazılığımız olmaz. Bir-iki dəfə demişəm ki, sən bir dəfə demirsən, 8 martın, Sevgililər günün mübarək. Deyir, Sevgililər günü nədir? Mənə başlayır o günü  tarixindən danışmağa. Deyirəm, onu bildim, indidən danışaq. Deyir ki, sevgililər günü bizim ailə qurduğumuz gündür. Deyirəm, bəs həmin gün təbrik etmisən? Sonra söyləyir ki, mən niyə təbrik etməliyəm?”.