Ötən il boşanan iş xanımı Selin Ciyerci əri, sabiq futbolçu Gökhan Çırayla barışıb.
OLAY yazır ki, bu barədə Gökhan açıqlama yayıb.
“Harda qalmışdıq? Həyatımda anamdan sonra tək bir qadını sevdim – uğruna hər şeyi edəcək qədər, hər şeyi gözə ala biləcək qədər, o qadın sənsən. Səninlə məni Allahdan başqa heç kim ayıra bilməzdi, yıxa bilməzdi, yıxa da bilmədi. Çox üzgünəm ki, yaşadıqlarımıza mən səbəb oldum. Məni qırmayıb güvəndiyin, bizə şans verdiyin üçün təşəkkür edirəm, canımın içi.
Şimdi her kes duysun ki, biz çox güclüyük, daha yaxınıq, çünki hər şeyi anladıq, bir-birimizi əvvəlkindən daha çox sevirik. Səni çox sevirəm, tək sevdiyim”.