WOW
WOW

Coninin konsertləri təxirə düşdü

Coninin konsertləri təxirə düşdü

Azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) Rusiyada baş tutmalı olan konsertləri təxirə düşüb.

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. O bildirib ki, ondan asılı olmayan səbəblərdən tədbirlər ləğv olunub:

“Dostlar, salam. Hesabat vermək çətindir. Amma açıqlayıram ki,  Sankt-Peterburqda “Big love show”da, Moskvada isə 9 və 10 fevralda çıxış edə bilməyəcəyəm. Çox istərdim ki, qış tətilindən sonra sizinlə görüşüm və mahnılarımı oxuyum. Lakin şərtlər məndən güclüdür. Təşkilatçılardan və sevənlərimdən üzr istəyirəm. İnanıram ki, 2024-cü ildə size yenə görəcəm və mahnılarımı sizinlə oxuyacam”.