WOW
WOW

8 saat canlı yayımda olub

8 saat canlı yayımda olub

Aparıcı Ceyhun Əli efir rekordunu yeniləyib.

OLAY yazır ki, bu barədə o, özü paylaşım edib. Aparıcı bildirib ki, seçki günü 8 saatdan çox efirdə olub:

“7 fevral saat 19:00-da canlı yayıma başladıq, 8 fevral saat 03:09-da yayımı bitirdik. İTV Xəbər komandası olaraq tarixi bir günü birlikdə yaşadıq. Qürur, fəxarət və işinə olan sevginin yaşatdığı hissləri ifadə etmək asan deyil. Ölkəmlə, Xalqımla, Ali Baş Komandanımla qürur duyuram.  Azərbaycan Respublikasına xidmət edirəm! 8 saat 9 dəqiqə canlı yayımda olmaqla efirdə öz rekordumu yeniləmiş oldum. Böyük məsuliyyət idi”.