WOW
WOW

“İnsanlar Prezidentə “var ol” deməyə gəliblər”

“İnsanlar Prezidentə “var ol” deməyə gəliblər”

Bu gün səsvermədə iştirak edən müğənni Ayaz Babayev seçki məntəqəsindən təəssüratlarını bölüşüb.

OLAY yazır ki, bununla bağlı Ayaz instaqramda paylaşım edib. O bildirib ki, səs vermək üçün məntəqəyə xeyli sakin gəlib:

“Bu gün səs verməyə getdim. Səhər saat 8:10-da məntəqənin qarşısında oldum. Düşündüm ki, həmişəki kimi 5-10 nəfər olar, mən də 5-10 dəqiqəyə səs verib, gedərəm iş-gücümün dalınca. Gəldim, məntəqənin qabağına, gözüm qaraldı, 100-150 adam varıydı. Qonşularım, məhləmizin uşaqları... Qonşuluğumuzda Səttar baba var, yaşını bilmirəm, amma üzünə baxanda 200 vermək olar. Əslən Cəbrayıldandı, qaçqındı. Gözümü açandan həmişə onu görmüşəm, elə hey deyirdi ki, gedib bir də oraları görsə... Dedim, baba, nə höcətdi, səhərin gözü açılmamış buradasan, zorla yeriyirsən. Deyərdin, gətirərdik də, aparardıq da. Dedi, bala, özüm gəlmək istədim. Ağsaqqala bir boyun borcum var, onu verməyə gəlmişəm... Düşündüm ki, məntəqələrin qabağında qələbəlik də bundandı. İnsanlarımız İlham Əliyevə sağ ol, var ol deməyə gəliblər”.