WOW
WOW

“Saxtakarlığı bacarmıram, nə varsa, üzə deyirəm”

“Saxtakarlığı bacarmıram, nə varsa, üzə deyirəm”

“Bütün gözəl analarımızı qucaqlayıram. Ötən günlərdə anamın doğum günü idi. Efirimizdə olmadı, bilirsiniz ki, səhhətində problem var. Fikirləşirəm ki, hər bir övlad anasının yanında olmasını istəyər. Mənim kimi. Söhbət mərhəmətli, vicdanlı anların böyütdüyü övladlardan gedir”.

OLAY-ın məlumatına görə, bu sözləri canlı yayım zamanı Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, fikirlərinə bunları əlavə edib:

“Mən anamın timsalında ad günü olan anaları təbrik edirəm. Allah valideynlərə xeyirli övladlar versin. Mən bəzən zarafat edirəm, gülürəm. Ümumiyyətlə saxtakarlığı bacarmıram ki, yalandan üzdə gülüm, arxada başqa işlər görüm. Kiməsə sözüm var, üzünə, açıq-açıq deyirəm. Bəlkə bu yaxşı hərəkət deyil. Çünki anam demiş, düşmənin çox olur.

Mən düşməndən yox, Allahdan qorxuram. Onun qaldırdığını kimsə endirə, onun endirdiyini kimsə qaldıra bilməz. Allaha güvəndiyim üçün kimsədən qorxum yoxdur. Pambıqla baş kəsmərəm. Bəzi saxtakarlar var idi, məni qucaqlayıb, bacı deyib, bunu etmərəm deyirdilər. Mən elə deyiləm, necəyəmsə, oyam. Sevmədiyimə sevmirəm deyirəm. Salam vermirəm. Halbuki salam verib, pisliyimə davam edə bilərəm. Amma elə deyiləm, həmişə sözünü deyən adamlardan qorxmayın. Arzu edirəm ki, düşmənim də mənim kimi açıq-açıq mübarizə aparsın. Sizə də arzulayıram ki, dostunuz da kişi kimi olsun, düşməniniz də. Sizə açıq-açıq düşmənimsən deyənlərdən qorxmayın. Üzünüzə gülüb, pambıqla baş kəsən, getdikləri yerdə yolunuzu kəsənlərdən qorxun. Mənim kimisindən yox”.