“Euphoria” serialının və “Saltburn” filminin ulduzu Ceykob Elordi avstraliyalı radio prodüseri Coşua Foksa hücumda şübhəli bilinib.
OLAY yazır ki, bu barədə “Variety” məlumat yayıb.
Bildirilir ki, məşhur “The Kyle & Jackie O Show” radio şousunun yaradıcısı Foks Elordi ilə hoteldə görüşüb, çəkiliş aparıb və verilişin aparıcılarından biri üçün ondan vanna suyu istəyib. Belə ki, o, Elordinin “Saltburn” filmindən duş alandan sonra aktyor Berri Keoqhan tərəfindən vannadakı suyun içildiyi səhnə haqqında zarafat edib.
Aktyor kameranı söndürüb videonu silməyi xahiş etsə də, Foks bundan imtina edib.
“Mən bundan imtina etdim, çünki özümü narahat hiss edirdim. Sonra Ceykob mənə hücum etdi, məni divara yapışdırdı, əlləri boğazımda idi”, - deyə, Foks bildirib.
Hadisə ilə bağlı polisin araşdırması başlayıb.
Qeyd edək ki, Ceykob sözügedən səhnə ilə bağlı açıqlamasında çox qürur duyduğunu demişdi:
“Dedim ki, yaxşı ki, mənim spermimi udur. Çox qürur duydum. Berrinin dölümü yalayıb udması qürur verici idi”.