Aktyor Fərda Xudaverdiyev həmkarı Azər Axşamın onunla bağlı qalmaqallı açıqlamasına münasibət bildirib.
OLAY yazır ki, bu barədə sənətçi “Sözbaz” proqramında danışıb. O bildirib ki, A. Axşamın yerinə utanıb:
“Aktyor Fərda Amin həmkarı Azər Axşamın “Əgər mən Fərdaya aktyor deyirəmsə, onda mən kiməm?” sözlərinə sərt şəkildə münasibət bildirib. Mənim aktyorluğuma kimin şübhəsi varsa... Artıq bəlli yaşda və təcrübəm olduğu üçün bu şeyləri sevmirəm. İllərini yaxşı mənada yaradıcılığına və tamaşaçısına xərcləmiş dostlarımız, sənətçilərə səslənirəm, biz öz danışıqlarımızda sərhəd saxlamalıyıq. Bu müsahibədə adıçəkilən həmkarımın yaxınları, qohumları da var, o tək deyil. Kimliyindən asılı olmayaraq, istər ağzının danışığını bilsin, istərsə də bilməsin. İstənilən halda evinin içində sevənləri var. Danışılası o qədər söhbətlər var ki...
O qədər aktyor adı ilə bu sənətə soxulanlar var ki... Onlar müzakirə olunmalı halda bizim bir-birimizə bəlli yaşda bu cür müraciət etməyimizi çox qınadım və açıq deyəcəyəm, Azərin yerinə utandım. Ondan heç belə şey gözləmirdim. Bizim münasibətimiz var, dəfələrlə onunla görüşürük. O ki qaldı mənim aktyorluğuma, şübhəsi olan Azər daxil, istənilən aktyora yaşından asılı olmayaraq, səslənirəm. İstənilən obrazı qarşı-qarşıya oynayıb sizi üstələməyə belə hazıram. İstədiyiniz obrazı, alışdığınız obrazları demirəm, canlı yayımda, canlı efirdə göstərməyə hazıram.
Amma mən sizə özümü sübut etmək məcburiyyətində deyiləm. Bu nəyin aqressiyası, kinidir? Bu harada belə vurub partladı? Bu niyə belə oldu? Bizim bəlli addımlarımız olub. Məndən yaşca bir az böyük ola bilər, amma sənətdə mən özümdən böyük artıq bu sözdən sonra nə onu, nə də ki, ona dəstək olanların heç birini özümdən böyük saymıram. Çünki mən imtahanı hər həftə tamaşaçı qarşısında vermişəm. Köhnələr, illərini bu sənətə vermiş insanlar bir-birinə hörmət etməsə, arxada gələnlər sizi “şumlayıb” keçəcək. Bunu yadınızda saxlayın. Mənimlə üzbəüz gələndə qucaqlayıb, duz kim yalayıb... Bir az da əqidəniz olsun. Hər kəs həddini biləcək. Yaşım da, təcrübəm də imkan verir ki, mən Allahın bu coğrafiyaya verdiyi möcüzəyəm. Bunu istəyirsiniz, qəbul edin, istəyirsiniz də etməyin. Mən öz dəyərimi yaxşı bilirəm, dostum”.
Xatırladaq ki, A. Axşam “10-da görüşək” proqramında qonaq olarkən Fərdanı aktyor hesab etmədiyini demişdi.