WOW
WOW

Evlilikləri, həyat yoldaşının xəyanəti - Roza şəxsi həyatından danışdı

Evlilikləri, həyat yoldaşının xəyanəti - Roza şəxsi həyatından danışdı

Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

OLAY yazır ki, sənətçi bu barədə stilist Anar Ağakişiyevin “Dəyişən cavab” verilişində danışıb. Roza deyib ki, rəsmi iki dəfə ailəli olub:

“Rəsmi iki dəfə nikahda olmuşam. Biri qızımın atasıdır. Onunla 5 il evli qaldıq. Boşanandan 5 il sonra isə yenidən ailə qurdum. Bir də nişanlılığım olub. O da evliliyə gəlib çatmayıb. Görək də, atalar 3-dən deyib”. 

Bundan əlavə Roza həyat yoldaşının ona xəyanət etməsindən söz açıb:

“Həyat yoldaşım mənimlə evli ola-ola yaxın rəfiqəmin yox, sadəcə tanıdığım bir xanımın dayısının qızı ilə 4 il eşq yaşayıb. Belə deyim, qeyri rəsmi yaşanmış və övlad dünyaya gəlmişdi. Övladın da artıq 4 yaşı var imiş. Bu məsələni isə təsadüfən öyrəndim. Bu məsələnin üstü açılanda, həyat yoldaşımın əşyaları çemodanlarda onu qapının önündə gözləyirdi.

Günlərin bir günü mənə bağlı nömrədən zəng gəldi. Qadın dedi ki, ərimdən əl çək, ondan artıq 4 yaşında övladım var. Cavabında söylədim ki, mənim qonşunun əri ilə işim yoxdur, sən bir ərinin adını de, bizim də xəbərimiz olsun. Qarşı tərəfin sözlərindən belə çıxdı ki, ailə qanunla deyil, sevgi ilə sayılır. Yenə ona cavab olaraq söylədim ki, mən rəsmi olaraq evliyəm. Əgər ərimdən çox xoşun gəlirsə, onu verim apar. Heç bir problem yoxdur.

Mən həyat yoldaşımı dəlicəsinə sevmişəm. Mən ona görə mübarizə aparmadım ki... Əgər bir kişi 4 il başqa qadınla yaşayır və orada uşaq dünyaya gəlirsə, mənim sevməyim nə çarədir və ya onun sevməyi nə çarədir!?

Bu məsələnin üstü açılandan sonra həyat yoldaşımın izahatı belə oldu ki, təsadüf bir münasibətdən qadın hamilə qaldı və məni şantaj etdi ki, səni saytlarda biabır edəcəyəm ki, Roza Zərgərlinin ərindən uşağım var. Mən də ona cavabında söylədim ki, kaş sən mənə bunu öncədən deyərdin. Mənə deyilsəydi, ən pis halda kənardan uşağa maddi vəsait göndəriləcəkdi, ən yaxşı halda isə uşağı özüm götürüb saxlayacaqdım. Halal ərimin uşağıdır da...

Mən sevsəm belə ərimdən dörd ilin yalanına görə ayrıldım. İndi 3 ildir ki, tənhayam”.