WOW
WOW

Türkan 51 il sonra Qırmızı Meydanda

Türkan 51 il sonra Qırmızı Meydanda

Türk kinosunun canlı əfsanəsi Türkan Şoray illər sonra Rusiyaya gedib.

OLAY yazır ki, sənətçi 46 il sonra yenidən qala gecəsi keçirilən “Bir aşk masalı - Ferhat ile Şirin” üçün Moskvaya yollanıb.

O, 1973-cü ildə Qırmızı Meydanda çəkilən fotosunu təkrarlayıb. 

Şoray paylaşımı “İllər sonra Moskva, Qırmızı Meydanda” şərhini yazıb. 

Xatırladaq ki, sənətçi 1973-cü ildə Rusiyada film festivalına qatılmış, ardınca Qırmızı Meydanda Türk bayrağı ilə şəkil çəkdirmişdi.