Əməkdar artist Hüsniyyə Mürvətova bəzi qadınların hədsiz estetik etdirməsini qınayıb.
OLAY yazır ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
“Xanımların əksəriyyəti arı vurmuş kimi görünür. Haradadır bizim o özgüvənimiz? Haradadır nurani yaşlanan xanımlarımız? Xanım baxımlı olmalıdır. Bu ayrı məsələ. Amma əndazədən çıxmayaq. Nə etsək də, təbiət öz işini görməkdədir”, - deyə, sənətçi vurğulayıb.