WOW
WOW

“Bilməzsən ki, Manana səni sevir, ya nifrət edir”

“Bilməzsən ki, Manana səni sevir, ya nifrət edir”

Əməkdar artist Manana Caparidze “Maska” şounun detetktivləri arasında müzakirə yaradıb.

OLAY yazır ki, son buraxılışda Avroviziya təmsilçimiz Nigar Camala “Canavar” maskasının ipucuna şərh bildirərkən bunları söyləyib:

“İpucularda deyildi ki, ən mülayim. Şou-biznesdə ən mülayimlərdən biri Manana Caparidzedir. Bilməzsən ki, səni sevir, ya nifrət edir. Onu tanımıram. Doğrudan elədir? Onda üzr istıyirəm, yenə kiməsə söz atdım”.

Xalq artisti Faiq Ağayev isə Nigarın fikirlərini bu şəkildə izah edib:

“Deyir ki, yaxın münasibəti yoxdur, belə bir görüntü yarada da bilər, ya da əslinadə belədir. Mən onu ilk gündən tanıyıram çox stratejik, düzgün hərkətlər edən insandır. Yəni sadiqdir, dostunu itirmək istəmir deməkdir. Məncə, xasiyyətinin strategiyasıdır ki, mən həmkarlarımla dost olmalıyam”.

Müğənni-bəstəkar Murad Arif isə Manananın həqiqətən də mehriban insan olduğunu vurğulayıb:

“Həqiqətən də mehribandır. Faiq bəy bu situasiyanı yumşaltmaq istədi, yenə pis çıxdı. Məncə, sadəcə mehriban insandır. Bu sizin yozumunuzdur”.