WOW
WOW

“Bu zərif Məleykə çiyinlərində böyük yüklər daşıyır”

“Bu zərif Məleykə çiyinlərində böyük yüklər daşıyır”

Xalq artisti Məleykə Əsədova açıqlamaları ilə diqqət çəkib.

OLAY yazır ki, bu barədə sənətçi “Xəzərin sahilində” verilişində qonaq olarkən danışıb. Əsədova deyib ki, insanlar haqqında mənfi danışmağı sevmir:

“Hər zaman dua edəndə, deyirəm ki, Allahım ürəyimə görə ver. İnsanlar haqqında müsbət düşünürəm, çünki Allahı çox sevirəm. Mən kiməm ki, kimisə müzakirə edib, haqqında nələrsə mənfi danışım. Ancaq müsbət şeylər danışa bilərəm də. Göydəki Allahdan başqa hamımızın səhvi var. Bu mənada yaxşı tərəfləri görək. Hamı bilir ki, mən dedi-qodu etmirəm, sevmirəm. Müsbət yanaşıram. İnsan özü bu həyatı belə yaşamağı xoşlayır. Mən kiməm ki? O, həyatını elə bəyənir. Evimdə də demişəm ki, qanuna riayət etmək lazımdır. 

Ətrafa zərər vermə! Yalanı sevmirəm, acı da olsa, təhqir etmədən normal formada elə çatdırıram. Bürcüm buğadır. Bu bürcü oxuyanda özümü görürəm. Yalanların da növləri var. Yalanı insan ən çox doğmalarından, güvəndiklərindən duyanda həyatdan qırılanda. Elə olur ki, mənfəəti xatirinə yalan danışır. Belə insanları yaxınıma buraxmıram. Öz balaca dünyam var. Ora kənar adam qoymuram. Mənim dünyam saflıq, səmimiyyət,doğruluq, Allah sevgisi və şükürdən ibarətdir.  Bəlkə də hamıdan da çox problemim var. Bu mənə məxsusdur. Sizə niyə yükləməliyəm? Duyğusal insanam. Bu zərif Məleykə  çiynində böyük yüklər daşıyır. Xaricdən zərif görünürəm, amma kişinin qaldıra bilmədiyi qədər çiynimdə yük var. Həyat gözəldir. Elə bir zamana çıxmışıq ki, insalardan nələr görür. Bu həyatda təkbaşıma, Allaha güvənib, zirehli paltarımı geyinib övladımı qoruyuram”.