Azərbaycanlı reper Asya Alizade və türk həmkarı Ezhel növbəti dəfə görüşüb.
OLAY yazır ki, Asya Ezhelin Brüsselə gedib. Bu görüşdən vide-fotoları hər iki sənətçi də instaqramda paylaşıb.
Bundan sonra dərhal ağıla Alizadeyə sərt reaksiya verən Ezhelin anası gəlib.
Hətta reper özü də Alizade ilə paylaşımlarına anasının təəccüblənən, kədərlənən emojilərlə reaksiyalarını hekayədə yerləşdirib.
“Asyamla paylaşım edəndə anam”, - deyə, Ezhel bildirib.
Qeyd edək ki, bir müddət öncə Asya həmkarı ilə bağlı “Yeznəniz” kimi ifadələr yazdığı üçün Ezhelin anası ona sərt reaksiya vermiş, belə bir münasibət varsa, qəti qarşı çıxacağını bildirmişdi.