Meyxanaçılarımız sosial şəbəkələrdə yayılan videoları müzakirə yaradıb.
OLAY yazır ki, Orxan Lökbatanlı və Vasif Əzimovun iştirak etdiyi tədbirdən videolar gündəm olub. Belə ki, onlar Həzrəti Əlinin ad gününün qeyd olunduğu məclisdə səhnə alıblar. Hətta oradakılar bu gün üçün xüsusi tort hazırlatdırıblar.
Görmə məhdudiyyətli bir şəxs tortu kəsərkən bıçağı üzərindəki Kəbə maketinə vurub.
Belə bir vəziyyətin yaradılması istifadəçilər tərəfindən qınanılıb.
Bundan əlavə, məclisdə meyxanaçılar dini mövzuda meyxanalar səsləndiriblər.