WOW
WOW

“Nə yarım qalıbsa, hamısını bir-bir düzəcəm”

“Nə yarım qalıbsa, hamısını bir-bir düzəcəm”

Əməkdar artist Dilarə Əliyeva ötən il yaşadığı ağır itkilərdən danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “7 Tamam” proqramında açıqlama verib. Aktrisa həm yaxın dostu Tünzalə Əliyevanın, həm də həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra yaşadıqlarından söz açıb:

“Nəyi düşündüm və kəşf etdim? Bir çox şey dəyişdi. Bu sözü öz timsalımda çox insana demək istəyirəm, başımıza gələn acı hadisə oturub üzülmən üçün yox, ayağa qalxıb güclənməyin üçündür. Dərd bizi əyməməlidir. Biz gedənləri geri qaytara bilmərik, amma ruhlarını şad etmək üçün güclü olmalıyıq. Bunu bacararıq. Nə qədər ki, sağıq, sağlamıq, nəfəsimiz gəlir. 

Mən ətrafıma söz vermişəm ki, onları üzməyəcəm. Əksinə nə yarım qalıbsa, hamısını bir-bir düzəcəm. Mən gözəl mahnıların hamısına qulaq asıram. Alacağım mesajı alıram. İnanın ki, gözəl mahnılar mənə ruh, ayaq üstdə qalmağa güc verir.  Məndən nigaran qalmasınlar. Məndən nigaran qalanları arxayın etmək üçün əlimdən gələni edirəm. Kim məni sevrisə, yanımdadırsa, məndən yalnız pozitiv enerji alsın. Heç kim heç vaxt heç nə ilə yüklənməsin, çünki dərdini açıb deyə bilməyən insanlar var. Bizim kimi sənət insanları nümunə olmağı bacarmalıdır. Güclü olmağın nümunəsi olmalıdır”.