WOW
WOW

“Məktəblər bağlansın” - Günel Nazirə müraciət etdi

“Məktəblər bağlansın” - Günel Nazirə müraciət etdi

Müğənni Günel Ələkbərova Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edib.

OLAY yazır ki, bununla bağlı o, video paylaşıb. Günel deyib ki, yoluxucu xəstəliklər artdığı üçün məktəblərdə təhsil distant formaya keçsin:

“Məlumdur ki, məktəblilər arasında qızılca, sarılıq, yaşıl öskürək, qrip kimi yoluxucu xəstəliklər yayılıb. Çox təəssüf ki, bəzən ölümlə nəticələnir. Buna baxmayaraq, məktəblər bağlanmır. Buradan bir ana, bir vətəndaş kimi cənab nazir Emin Əmrullayevə müraciət edirəm. Xahiş edirəm ki, bir müddət məktəblər bağlansın. Dərslər onlayn keçirilsin. Şagirdlər məcbur məktəbə gedirlər. Məni də övladımın, həm də digər uşaqların səhhəti narahat edir”.