İnfluenser Züleyxa Eşvarinin başına iş gəlib.
OLAY yazır ki, blogerin və balaca qızının üstünə it hücum çəkib. Bu barədə o, instaqramda video paylaşıb və bu sözləri qeyd edib:
“Biz gülə-gülə qarşılayırdıq. Pamira sığallamaq istəyirdi. Mən itin təlaşından başa düşmüşdüm. Sadəcə ehtimal vermədim. Səbəbini bilmirəm, amma həmin an özümü itirmədim. Ayağından tutmasın deyə çox çabaladım, tutanda əlimi ağzına saldım ki möhkəm dişləməsin. İt haqqında isə hələ də tapa bilmirik”.
İnfluenser bildirib ki, itin sahibini hələ də tapa bilmirlər.