WOW
WOW

“Maska”nın kadrarxasını paylaşdı

“Maska”nın kadrarxasını paylaşdı

Ötən gün “Maska”dan ayrılan influenser Aynişan Quliyeva proqramdan kadrarxası görüntüləri paylaşıb.

OLAY yazır ki, videoda Aynişanın hazırlıq prosesi əks olunub. O bildirib ki,  şouda iştirakçılar da bir-birilərini tanımırlar:

“O qədər maraqlı dönəm idi ki… Çox adam elə bilir, maskalar bir-birini tanıyır. Amma bizi heç bir-birimizin performansını izləməyə icazə vermirdilər. Maska altında kimin olduğunu layihədə cəmi bir neçə insan bilir. Onlarda məxfiliyi qorumaq üçün kontrakta imza atıb. Hamımız kimi. Daha ətraflı bu gün  danışacam”.

Xatırladaq ki, Aynişan Xarıbülbül maskası altında yarışırdı.