WOW
WOW

“Səni Azərbaycanda ifşa edərəm” - Sərt ismarış

“Səni Azərbaycanda ifşa edərəm” - Sərt ismarış

Müğənni Səidə Sultan qalmaqallı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Günaydın Azərbaycan” verilişində danışıb. Səidə ad çəkmədən bir ifaçıya ismarış göndərib:

“Mən ifritə deyiləmn. Siçovullara nifrət edirəm, onlara normal qız kimi baxmıram. Ailə dağıtmaq yaxşı bir şey deyil. Kiminsə nikahlı ərinə göz dikmək olmaz. Bizim sahədə yeni oxuyanlar var. Məclislərə gedib camaatın ərinə göz dikirlər, onların sayəsində də gəlib buralarda oxuyurlar. Elə bilirlər, öz kölgələridir. Buradan ismarış göndərirəm. 

Elə etmə ki, səni Azərbaycanda ifşa edim.  Boykot edərəm səni. Ad çəkmək istəmirəm. Özü bilir kimə deyirəm, bir də haqqımda artıq-əskik danışma. Özünü mənimlə tay tutma. Səni oxuyansan. Sexofka müğənnisən, ona görə özünü mənlə bir tərəzidə görmə. Sən hara, mən hara. Onu çox pis qaralaya bilərəm. Ona görə yerini bil”.

Qeyd edək ki, müğənni Vəfa Şərifova “Tarixin bir günü” verilişində Səidənin bayağı mahnılara və ifaçı Nəfəsə irad bildirməsi haqda danışmışdı. O qeyd etmişdi ki, onun üçün digər aparıcı və musiqiçilərin fikirləri ikinci plandadır. Bundan əlavə Vəfa vurğulamışdı ki, onlar haqqında danışanların öz işləri, uğurlu layihələri yoxdur.