WOW
WOW

“Yerimdə olsan, doğma anana salam verməzsən”

“Yerimdə olsan, doğma anana salam verməzsən”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının növbəti açıqlaması diqqət çəkib. 

OLAY-ın məlumatına görə, instaqramda aparıcının ünvanına bir izləyicisi “yekəxana” ifadəsini qeyd edib.  X. Hidayətqızı bu şərhə cavab kimi bunları söyləyib:

“Eşitmisən ki, deyim, nömrə birəm, şaham, pələngəm? Yekəxanalığımı harada görmüsən? Həmişə deyirəm, sənin kimilər mənim yerimdə olsa, doğma anasına da salam verməz. Belə bir tərcümeyi-hala sahib ols, Prezidentlərdən müsahibə, böyük yazılar, araşdırmalar, televiziyadakı uğurları, addım atdığı hər kanala gətirdiyi reytinq, bərəkət, proyektlərinin hamısının “partlaması”...

Hansı yekəxanalıqdan danışırsan? Hələ yekəxanalığım belədir, yekəxana olmasam, necə olaram? Adamlar var ki, salam vermir, 100 cangüdənlə gəzir. O qədər cinayət işi açmışam. Amma yanımda 10-15 adam yoxdur. İnsanlar var ki, iş yerinin içində 8 adamla gəzir. Səni kim öldürəcək? Sən kimə lazımsan? Lift kartla açılır. Mən isə insanların içindəyəm, qorxum yoxdur. Çünki onların mənə sevgisi var. İnsanlar bir az yüksələndə yanında 10-15 adam saxlayır. Ən böyük axtarışları aparan insanam 8 köməkçim yoxdur. Gəldiyi gün otağının qarşısına köməkçilər, liftinə kart qoyur. Mən jurnalistəm, otağıma hər kəs girə bilər. Qorxduğum heç nə yoxdur”.