WOW
WOW

Aygün Bəylərin bacısı Prezidentə təşəkkür etdi

Aygün Bəylərin bacısı Prezidentə təşəkkür etdi

Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.

OLAY yazır ki, bu barədə o, vida mərasimində danışıb:

“Heydər Əliyev Fonduna ailəm adından dərin minnətdarlığımı bildirirəm. Mehriban xanım var olsun, Prezidentimizə təşəkkür edirik. Əllərindən gələni əsirgəmədilər. Bizə çox dayaq oldunuz. Allah hamınızdan razı olsun. Kəmaləddin Heydərova təşəkkür edirik. Ola bilər ki, bir az həyəcanlıyam. Kimin əziyyəti varsa, halal etsin. Azərbaycan böyük sərvətini itirdi. Çox acınacaqlıdır. Dəyərli sənətkar Aygün xanımın qarşısında baş əyirəm”.