“Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva mərhum Əməkdar artist Aygün Bəylərdən danışıb.
OLAY yazır ki, bu barədə iş xanımı instaqramda video paylaşıb və kədərli olduğunu deyib:
“Bilirəm ki, dəyərli sənətkarımız üçün kədərlənənlər çoxdur. Mən də o insanların sırasındayam. İnsanlar var ki, öz həyatlarını yaşayırlar. İnsanlar da var ki, özləri üçün yox, xalqı üçün yaşayırlar. Aygün Bəylər də o insanlardan idi. Allah sizə rəhmət etsin, ruhunuz şad olsun. Son zamanlar məni çox üzən Qənirə Paşayevanın vaxtsız həyatdan köçməsi oldu. O da özü üçün yox, xalqı üçün yaşayan insanlardan idi. Aygün Bəylər də nöqtəsini qoydu”.