“Sənət həyatımda, mənə əvəzolunmaz hədiyə verdin, tək mənə bu sənətdə. Sənin bəstəni ifa etmək tək mənə nəsib, oldu. Əslində hələ də inanmıram yoxluğuna”.
OLAY yazır ki, bu sözləri instaqramda müğənni Ayan Babakişiyeva qeyd edib. O, mərhum Aygün Bəylərin bəstəsi olan “Dəniz” ifasını paylaşaraq bunları yazıb:
“Mən səni tək bu gün yox, hər zaman ürəyimdə-qəlbimdə sevərək axtarıb sordum. Tək sənətini deyil, elə sənin o gözəl ürəyini bilirdim. Hər gün danışmasaq da, çox danışıb-dərdləşdik. Olan oldu. Sən yenə də mənim qəlbimdəsən, tək mənim deyil, hər kəsin qəlbində, həyat hekayəsində yaşayacaqsan. Çünkü o əsərlərin hər kəsin həyatında bir toxunuşu var, olacaq da. Allah sənə rəhmət eləsin, sənətin, musiqinin Şah əsəri”.