WOW
WOW

Aygün Bəylərin cənazəsi nə vaxt gətiriləcək? - Rəsmi açıqlama

Aygün Bəylərin cənazəsi nə vaxt gətiriləcək? - Rəsmi açıqlama

Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.

OLAY yazır ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat veriblər. Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək: "Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətiriləcək".

Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.