WOW
WOW

Renkanın Sevillə bağlı arzusu reallaşdı

Renkanın Sevillə bağlı arzusu reallaşdı

Rəqqasə Rəna Ağamuradova Gəncə terror zamanı hər iki valideynini də itirən Sevilin xınayaxdı mərasimində iştirak edib.

OLAY yazır ki, bu barədə Renka özü məlumat yayıb. Sənətçi bildirib ki, bununla da daha bir arzusunu reallaşdırıb:

“Budur, bir arzum da həyata keçdi. İllər öncə Sevillə Talışı tapmışdım. Xahiş etmişdim ki, xınayaxdıları olanda mənə də desinlər, bütün işlərimi atıb gedəcəm. Çox şükür mənə qismət oldu. Allah sizi xoşbəxt eləsin. Sevil gəlinimizin özü də, ürəyi də çox gözəldir. Bu gün çox xoşbəxtəm”.