Müğənni Səidə Sultan ilk dəfə küsülü olduğu eks rəfiqəsi Çinarə ilə münasibətlərinin nə səbəbdən korlanması haqda danışıb.
OLAY yazır ki, “Xəbərin var?” verilişinə eksklüziv açıqlama edən Səidə rəfiqəsinin bir zəngindən sonra danışmadıqlarını bildirib:
“Günlərin bir günü Çinarə yazdı ki, sən mənim əxlaqımı pozursan. Səndən ayrılıram. Mən də cavab verdim ki, yolun açıq olsun. Bu da Çinarənin özünün yanaşmasıdır (gülür). İnsanlar var ki, silib atmağı asanlıqla bacarır. O da elə insanlardandır. Birdən-birə təki ona yaxşı olsun deyə, yaxınını silib, ata bilir. O, ona qadirdir. Dost və insan olaraq bilirəm ki, Çinarəyə heç zaman pisliyim dəyməyib. Qələt edərəm. Öz dostuma niyə pislik edim? Bu alçaqlıq olar.
Çinarəni mən tanıyanda “o tərəfdən bu tərəfə” qaçan qız idi. Onun belə işi, sənəti də yox idi ki. Sadəcə mənim ayağım ruzuli və düşərlidir. Özümə söz vermişəm ki, bir də həyatımda heç kimi populyar etməyəcəyəm. Heç zaman da eləmərəm”.