WOW
WOW

“Zeynəb Xanlarovaya qarşı qara PR qəbulolunmazdır”

“Zeynəb Xanlarovaya qarşı qara PR qəbulolunmazdır”

“Cəmiyyətimizdə son vaxtlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesablarında müğənni Nura Suri paylaşıb. O, Xalq artisti Zeynəb Xanlarova ilə bağlı yazılanlara etiraz edib:

“Xüsusilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır. Dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir. 

Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalaqsınız. Qocalmaq ayıb deyil. Lap ağını çıxarmısınız. Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Evdə yaşlanan valideyinlərinizi də sevmirsiniz yəqin. Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz? Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz”.