WOW
WOW

“Siz teatra getmirsiniz” - Aktyordan Ağayevə

“Siz teatra getmirsiniz” - Aktyordan Ağayevə

Ötən gün “Maska” şouda sürpriz simalar qonaq olub.

OLAY yazır ki, qonaq maskalardan biri Əjdahanın altında Xalq artisti Məbud Məhərrəmov çıxış edib. 

O, gecədə “Let it snow” mahnısını səsləndirib. Münsiflərdən yalnız Nigar Camal “Yaşıl eynəkli adam” deyərək iştirakçının kimliyinə yaxınlaşıb.

Maska açıldıqdan sonra  Xalq artisti Faiq Ağayevlə ustad aktyorun dialoqu xüsusi diqqət çəkib. 

Ağayev Məhərrəmova “Məbud müəllim, sizdən rica edirəm ki, bunu sevgi ilə qəbul edin. Heç ağlıma gəlməzdi ki, siz belə gözəl mahnı ifa edirsiniz”, - deyə, bildirib. 

Xalq artisti isə “Ona görə ki, siz teatra getmirsiniz. Çünki mən tamaşalarda oxuyuram” cavabını verib. 

Ağayev “Mən hərdən gəlirəm sizin tamaşalara”, - deyə, vurğulayıb.