Yeni milli animasiya filminin treyleri yayımlanıb.
OLAY yazır ki, Cavid Qurbanovun üzərində çalışdığı çizgi film “Sehirli xalça” adlanır.
Hadisələr Bakıda cərəyan edir. İki uşaq sehirli xalça vasitəsilə keçmişə gedərək, oradan Molla Nəsrəddin kimi personajları günümüzə gətirirlər.
Ekran işi süjet xətti etibarı ilə “Sehirli xalat” filminə bənzəsə də, müasir dövrdəki texnoloji yeniliklər də göstərilib.