WOW
WOW

Ruhiyyə Əliyeva mükafatlandırıldı

Ruhiyyə Əliyeva mükafatlandırıldı

“Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva mükafatlandırılıb.

OLAY yazır ki, bununla bağlı iş xanımı instaqram hesabında paylaşım edib:

“KOBİA-nın 28 dekabr 2023-cü il tarixdə təşkil etdiyi “Dayaq” mükafatlandırma mərasimində “Liatris” holdinqin baş direktoru olaraq “Uğurlu qadın sahibkar” nominasiyası üzrə mükafata layiq görüldüm. Rəhbərlik etdiyim holdinqə və sahibkarlıq sahəsindəki fəaliyyətimə verilən yüksək dəyərə görə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədova dərin təşəkkürümü bildirirəm. Orxan müəllim daim kiçik və orta sahibkarlığa dəstək olmaqla ölkəmizdəki çoxsaylı sahibkarlar ordusunun dərin hörmətini qazanmışdır. Bir sahibkar xanım kimi mən və komandam da ölkə iqtisadiyyatına az da olsa, öz töhvəmizi verməkdə davam edəcək, bütün fəaliyyətimizdə azad rəqabət və şəffaflıq prinsiplərini rəhbər tutacağıq”.