WOW
WOW

“Tərbiyəsizsən!” - Bülent “Yalı çapkını”na qəzəbləndi

“Tərbiyəsizsən!” - Bülent “Yalı çapkını”na qəzəbləndi

Türkiyənin divası Bülent Ersoy aktyor Mert Ramazan Demirə qəzəblənib. 

OLAY yazır ki, buna  səbəb Mertin “Yalı çapkını” serialındakı obrazı olub. 

Bu barədə “Dünya güzellerim masada” verilişində danışan müğənni deyib ki, serialın indiki ssenarisi onu əsəbiləşdirir:

 “Mən buna çox əsəbləşirəm. Ssenariyə görə qəzəbliyəm. Bu serial yayımlananda telefonuma zəng də gəlmir, gələndə də açmıram. Baxdıqca, danışıram, deyirəm, sənə yaxşı oldu. Elə bilirdin, belə davam edəcək? Sənin qırdığın qozlar mini keçdi, tərbiyəsizsən. Kimin əli kimin cibindədir bəlli deyil. Qızı kim hamilə qoydu? Bu tərbiyəsiz! Sən necə elədin? Onda o muncuq gözlü qızı fikirləşmədin! O biri üzsüz qız var.

Boğulur, yenə qayıdır gəlir. Amma xoş, gözəl, saf uşaqdı. Bunu etməməliydi. Hamilə qızın üzü çox qəşəngdi, mələk kimidi. Sən necə hamilə qaldın? Bu qədər asandırmı? İndi sevmirəm. On üzərindən 9 veririk. Bir xalı da qırdıq, çünki başqasından uşağı olacaq. Onun ağ corabları necə olacaq? O muncuq gözlü qıza bunları etdi, onun əfvi yoxdur. Ya o qız haradansa yıxılacaq, uşaqla birgə öləcək. Amma səhv şərhv verdim. Ola bilər ki, bir şəkildə o uşağın bunun olmadığı məlum olsun. Yoxsa biz çox bəyənirdik. Hətta qız universitetə bacısının əri ilə getdi. Qıza da dedim ki, bunu etməməliydin, gecə söz verdin, səhər getdin. Bu da gedib qırmızı qələm və sairə alıb. Dedim, sənə bu, edilərmi? Edilməliymiş! Başqasından uşağı var”.