WOW
WOW

Xoşqədəm Turanəni yenə efirə çıxardı

Xoşqədəm Turanəni yenə efirə çıxardı

Müğənni Aysel Əlizadəni ailəsini dağıtmaqda ittiham edən Turanə Nəcəfli yenidən efirə çıxıb.

OLAY yazır ki, o, “Səni axtarıram” proqramına anidən gələrək Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına sürpriz edib.

Turanə X. Hidayətqızının qarşısında diz çökərək deyib ki, aparıcının bu məsələyə görə məhkəməlik olduğu üçün vicdan əzabı çəkir:

“Çox utanıram. Mənə görə məhkəmələrdə əziyyət çəkdiz. Mənim üzümdən təhdid olunduz, sizə pullar təklif olundu yenə də məni tək qoymadız. Yanımda oldunuz, bu gün də mənim yanımdasınız. Sizdə olan qeyrəti biz çox kişidə görməmişik. Təşəkkür edirəm”.

Hidayətqızı isə ona “Niyə biz ki, məğlub olmadıq. Dəfələrlə qalib olduq. Əsas odur ki, sən aliment aldın, evini aldın, övladınla görüşə bilirsən, onlar məktəbə gedir.Sən bunun üçün çalışırdın. Mən hər zaman sənin yanındayam. Doğrudan da mənə çox pullar təklif olundu, təhdid olundum. Bunu bil ki, sən qalibsən”, - deyə, bildirib.