WOW
WOW

İllər sonra ANS-in bağlanma səbəbini açıqladı

İllər sonra ANS-in bağlanma səbəbini açıqladı

Əməkdar jurnalist Mirşahin Ağayev illər sonra ANS-lə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, TV Müsavat-da danışıb. Jurnalist bildirib ki, kanalın bağlanma səbəbi konkret səhvə görə olub:

“ANS-i konkret səhvə görə bağladılar. O səhvlərə görə bizim ala biləcəyimiz cəzaların hamısını almışıq, məsələ bağlanıb. Siz Mirşahindən danışırsız, mən də onun yerinə cavab verirəm. Bu gün ANS-ə görə cavab vermək mənim işim deyil. Öz fəaliyyətimlə bağlı dəvət olunmuşamsa, onun yol verdiyi dırnaqarası qüsurlar, reallıqla barədə cavab verirəmsə, söhbəti o istiqamətdə aparaq. Bu günə qədər Azərbaycan cəmiyyətinin Azərbaycan dövlətinə olan sağlam münasibətinin tribunası olmuşam. Bu gün də o tribuna olmaqdan qürur duyuram. Hesab edirəm ki, Azərbaycan0da müəyyən təcrübəyə, bilik-bacarığa, səriştəyə malik olan istənilən mənim yaşıdım, həmkarım belə davranmalıdı.

ANS böyük bir dövrdür. Azərbaycanda media mühitində böyük arealdır. Mirşahin onun içində bir hissə olub. Mirşahin yalnız özü ilə bağlı suallara cavab verə bilər. ANS-də Mirşahin nə edibsə, yutubda da, televiziyalarda, arxivdə də var. Mənim, “Milli metr”, “Təmiz söhbət” “Yeni tarix” haqqında materaillar mövcuddur. Bu mövzuda danışamq istəmirəm, Artıq ANS yoxdur, ReAl var. Belə düşünürəm ki, ANS-ə görə danışmalı olan adamlar danışmalıdır. Bu söhbətə girmirəm. Kiminsə ANS haqqında fikirləri var... Allah ANS şirkətindən, rəhbərliyindən razı olsun. Onlar Azərbaycanın kifayət qədər ləyaqətli insanlarıdır. Onlara müraciət etsinlər, dərdləşsinlər. Çıxışlarına şərhlər yazsınlar. Mən Real Təhlil İnformasiya mərkəzinin rəhbəriyəm. Bu gün də burada elə iştirak edirəm”.