WOW
WOW

“200 min borcum var idi”

“200 min borcum var idi”

Aktyor Müşviq Şahverdiyev bir müddət külli miqdarda brocunun olduğunu açıqlayıb.

OLAY yazır ki, bu barədə o, “Zarafat bir yana” verilişində açıqlama verib. Müşviq deyib ki, illər əvvəl 200 min manatdan çox borcu olub:

“2015-17-ci illərdə böyük fırtına oldu. 200 min manatdan çox borcum var idi. Mən onda bir film çəkdim. Əslində isə işlərim gül kimi gedirdi, yaxşı qazanırdım. Dəstək oldular, “My name is İntiqam” filmini çəkdim. O film elə partlayış etdi ki, ikinci-üçüncüsü üçün zəmin yarandı. Biz növbəti filmi hazırlayanda birinciyə xərclədiyimizdən 2-3 qat artıq pul xərclədim. Seçimimiz Moldova oldu, orada da manatla xərcləmək olmur. Ona görə dollarla pul götürdüm. Biz getdik, filmi çəkdik.

Montajda olanda devalvasiya oldu. Film kinoteatrlara təqdim olunan qədər ikinci dəfə devalivasiya oldu. Dollarla aldığım pul 2-3 qatına çıxdı. Mən evimi də dollarla kreditə almışdım. Onun da borcu artdı. Film də özünü doğrultmadı, pul az gəldi. İnvestorun qoyduğu pul artdı. Haradasa 200 min manatı ödəmək üçün maşınımı satdım, kredit götürdüm. Qızıllarımıza qədər satdıq. Bir gün maşının içində oturdum ki, bu vəziyyətdən necə çıxmaq olar? Özümlə danışdım, yollar tapıdm, Allah əl-ayaq verib, gecə-gündüz işləyəcəm. Niyə özümü öldürüməliyəm? O iki il çox çətin keçdi. Haradasa 2 saat yatırdım. Filmin çəkilişi səhərə yaxın bitirdi, gedib veriliş çəkirdim, orasından çıxıb yeni film çəkilişinə qayıdırdım. O pulları qaytardım, yeni ev aldım, ürəyim istəyən maşını da aldım. Hər şeyi yoluna qoydum. O günlər mənim üçün dərsdi. Başqalarına da örnək olsun ki, dərhal qərar verməyin ki, borcum var, öldüm mən”.