WOW
WOW

Şəhriyar bu sualı cavablandırmadı

Şəhriyar bu sualı cavablandırmadı

Aktyor Şəhriyar Əbilov bəzi həmkarları ilə bağlı sualları cavablandırmayıb. 

OLAY yazır ki, “İncə səhər” verilişində qonaq olan sənətçiyə dörd həmkarı – Azər Aydəmir, Cavidan Novruz, Cövdət Şükürov və Ziya Ağanın fotosu göstərilib. 

Aparıcı Vüsalə Əlizadə “Hansı ilə tərəf müqabili olmazsan”, - deyə, Şəhriyardan soruşub. 

“Əslində dördü də savadlı aktyorlardı. Heç biri haqda bir söz deməyəcəm. İçlərində mənə doğma olan Cavidandır. Qalanları ilə salam-sağolum var, olmayanları da var. İstərdim ki, bunu keçək, cavab verməyim. Bu mövzuda danışmayacam. Hər aktyorun öz yeri, peşəkarlığı var. İndi başa düşürəm ki, sənətkar olmaq şəxsiyyət olmaq deyil. Şəxsiyyət olmaq insan olmaqdır. Mən artıq insanın şəxsiyyətinə, böyük ürəyinə görə hörmət edirəm”.