WOW
WOW

Aysel Xoşqədəmlə bağlı sualları cavablandıracaq

Aysel Xoşqədəmlə bağlı sualları cavablandıracaq

Müğənni Aysel Əlizadə Əməkdar jurnalist Xoşqədəm  Hidayətqızı ilə bitən məhkəmə prosesi ilə bağlı mətbuat konfransı keçiriləcək.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi dekabrın 27-də jurnalistlərlə bir araya gələcək.

Aysel 4 il ərzində ictimaiyyəti maraqlandıran sualları cavablandıracaq. 

Xatırladaq ki, Ayselin aparıcı Xoşqədəm Hidayətqızı ilə uzun zamandır davam edən məhkəməsi bu il sonlanmış, müğənni qalib gəlmişdi. 

Ona görə ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.

Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.