WOW
WOW

Röya Ayxan gənclər üçün səhnədə!

Röya Ayxan gənclər üçün səhnədə!

Xalq artisti Röya Ayxan gənclər üçün səhnəyə çıxıb.

OLAY yazır ki, pop ulduz Bakı Kristal Zalında zəfər dolu ilin ən böyük gənclər tədbiri olan “Həmrəylik Festivalı”nda səhnə alıb. 

Röya Ayxan konsertdə beş hitini ifa edib. Sənətçi Xalq artisti Miri Yusiflə “Bir dənədir”, aktyor Nicat Rəhimovla “Dəli kimi”, “14/41” albomunun parıldayan mahnısı “Onun xəstəsiyəm”, trendlərdə lider olan “Tut əlimdən” və “Qələbə” bəstələrini oxuyub. 

Röya Ayxanı səhnədə dörd rəqqas müşayiət edib. 

Qeyd edək ki, festivalın konsert proqramında Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan Drums öz ifaları ilə şənliyə rəng qatıblar.