Əməkdar jurnalist Ləman Ələşrəfqızı aparıcı Mətanət Əliverdiyevanın ünvanına sərt sözlər yazıb.
OLAY yazır ki, o, əvvəlcə feysbukda aparıcı Anar Vaqifoğlunun efirdə Əməkdar artist Mətanət İsgəndərlini qucağına alarkən səsləndirdiyi ifadələr haqda fikrini paylaşıb:
“Mənim çiyələyim”i görmüşük balaca qız uşaqlarına deyərlər. Mətanətdən çiyələk olar? Ətimizi tökdü bu düşük aparıcılar və düşük verilişlər. Çiyələk haa. Yox bir, böyürtkən”.
İzləyiciləri ona bir vaxt efirdə şpaqat açdığı üçün tənqid etdiyi Əliverdiyevanı xatırladıb.
“Bu dəfə Mətanət İsgəndərlidir”, - deyə, qeyd edən Ələşrəfqızına istifadəçilərdən biri ANS-dəki çıxışından sitat gətirib:
““Axı bu millətin gözü səninki kimi linza deyil tərəzidir, onlar çox yaxsı bilir ki, çıxışın daha çox nəyə hesablanmışdı” bu sözdən sonra o aparıcı efirdən getməliydi”.
Jurnalist isə bu şərhə “Çıxdı dedi ki, paxıllıqdan belə deyir. Niyə mən belə qucaqda gedənlərin paxıllığını edim ki?”, - deyə, vurğulayıb.