“Mən Cananaya dəfələrlə yalvarıb, demişəm ki, gəl, sənə hər şəraiti yaradım. Əslində, mən bunu etməməliyəm. Çünki qayınanadan gəlinə heç nə düşmür. Mən onu Allahın yolunda etmişəm”.
OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” verilişində Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana haqda deyib. O bildirib ki, eks-gəlininə dəfələrlə ev təklifi edib:
“Demişəm ki, gəl, sənə ev verim, hər bir şərait yaradım. İstəməyib. Deyib ki, oturmuşdum da evdə... Bu adam azad olmaq, məşhurlaşmaq istəyir. Demişəm ki, heç olmasa qızına bax, mənə çətindir. Aparmayıb ki, özümə güclə baxıram. Milyon dəfə ona ev də təklif etmişəm. Demişəm ki, sənə əvvəllər necə baxmışamsa, ondan qat-qat artıq baxacağam. Uşaqlarına analıq et. Bu həyatda heç nə problem deyil. Ana yoxdur, ana axtarıram. Ana verə bilərsən?
Uşaqlar getmirlər. Ana da onları aparmır. Ana aparsa, uşaqlar gedərlər. Uşaqlar qayğıya və sevgiyə möhtacdırlar. Onları səhərdən axşama kimi evdə qoyur tək gedir,. Evdə tapılmır. Uşaqlar qalır dörd divar arasında. Biz bir müddət Moskvada qaldıq, qayıdanda uşaqlar yapışdılar ki, anamızın yanına getmək istəmirik. Ona iki ev verərəm, amma uşaqlara yenə baxmayacaq. Uşaqlara ev lazım deyil, boş evi neynirlər? Ana, ana sevgisi lazımdır. Ana evdə tapılmır, analıq etmir. Kim deyir ki, mən günahkaram? Ən gözəlini Allah bilir. Haqq-ədalət öz yerini tapacaq. Göydə Allah, yerdə bizim qanunlarımız. Sən nəvələr üçün narahat olma. Onların mənim kimi anaları var. Mən Moskvada ölümlə üz-üzə gəldim. Allaha yalvardım ki, o üç uşaq üçün qoru məni. Ora da nəvələrim üçün getmişdim. Burada nə ailə, nə uşaq, nə də ki, qayınana söhbətidir. Burada zalim adam yoxdur. İki məqsəd var. Canana özünü gecə-gündüz reklam edir. Onun öz doğma qardaşı deyir. Qara piar edir. Qoy, onu söysünlər, amma çoxlu baxış gəlsin.
Bir də ki, mənim əlimdən nəyim varsa, hər şeyi almaq istəyir. Dövlət ona hər şey verib. Qanunla oğlum Kərimin adına nələr var idisə, onlar boşananda yarı-yarıya bölünüb. Ona artıqlaması ilə pul vermişik. Uşaqlar məndə qaldığına görə anaları Canana aliment ödəməlidir. O da alimentdən imtina edib. Bu, qarşılıqlı olub. Barışıq olub aramızda. Cananaya yalnız reklam lazımdır. Dayanır, dayanır sonra da bu mövzunu açıb istəyir gündəmdə olsun. İndi bizə baxıb sevinir ki, Mətanət danışdı. Mən heç kimə hesabat verən deyiləm. Hesabatımı vicdanıma, bir də Allahıma verəcəyəm”.