Müğənni Selin Dion sərt əzələ sindromu səbəbindən bədəninə nəzarəti itirib.
OLAY yazır ki, bu barədə onun bacısı Klodett “7 Jours” proqramında danışıb.
O bildirib ki, Selin Dion ağrılı spazmlar səbəbindən hərəkətlərini idarə edə bilmir. Müğənninin yenidən səhnəyə qayıtması ilə bağlı hələ ki heç bir danışıq yoxdur.
Klodett qeyd edib ki, bacısı həmişə intizamlı və zəhmətkeş olub və səhnəyə qayıtmaq arzusundadır, lakin indi belə bir proqnoz vermək mümkün deyil.
Dionun xəstəliyi çox nadirdir və tibbdə çox geniş araşıdırlmayıb, oxşar xəstəliyi olan bir çox insan artıq normal həyata qayıtmaq və sağalmaq ümidini itirib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan mərkəzi sinir sisteminə təsir edən nadir otoimmün hərəkət pozğunluğudur.
2023-cü ilin mayında Selin Dion müalicə olunmaq üçün 40 yaxın konsertini ləğv edib.